Əksər insanlar diafraqmanı sadəcə nəfəs alma əzələsi kimi tanıyır. Amma klinik praktikada o, bundan qat-qat artıqdır.
1Diafraqma nə edir?
- Limfa axınının əsas hərəkətverici qüvvəsidir. Hər nəfəsdə yaranan təzyiq fərqi limfanı hərəkətə gətirir.
- Venoz qayıdışı dəstəkləyir. Aşağı ətraflardan ürəyə qan qayıdışında rol oynayır.
- Daxili orqanların hərəkətliliyinə təsir edir. Qaraciyər, mədə və bağırsaqlar hər nəfəsdə yerini dəyişir.
- Sinir sisteminə siqnal göndərir. Dərin və sərbəst nəfəs «təhlükəsizlik», dayaz və sıxılmış nəfəs «stress» mesajı verir.
2Niyə osteopat diafraqmaya baxır?
Diafraqma boyun (frenik sinir vasitəsilə), qabırğalar, onurğa və çanaq dibi ilə birbaşa əlaqədədir. Onun hərəkəti məhdudlaşdıqda bu zəncirin hər hansı halqasında simptom yarana bilər — boyun ağrısı, çənə gərginliyi, bel gərginliyi və ya izahsız yorğunluq.
Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat