Ünvan və əlaqə
- Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi 112
- Telefon: +994 50 302 82 56
- Telefon: +994 70 302 82 56
- Instagram: @elf_center_
- Fəaliyyətə başlayıb: Avqust 2021
ELF Center-də təqdim olunan xidmətlər
- Osteopatiya
- Visseral osteopatiya
- Uşaq və körpə osteopatiyası
- Reabilitasiya
- Şrot (Schroth) terapiyası
- Fizioterapiya
- Akupunktura
- Quru iynələmə (Dry Needling)
- Hicama (kupa terapiyası)
- Müalicəvi masaj
- EMSHIF Kegel kreslosu
- So-Check (Oligoscan) hüceyrədaxili analiz
Hansı üsulun məhz bu filialda tətbiq olunduğunu qeydiyyat zamanı dəqiqləşdirin.
Bakı filialında əlavə olaraq
- Alman Osteopatiya Akademiyası — Osteopathie Schule Deutschland-ın Azərbaycandakı rəsmi tədris mərkəzi burada yerləşir.
- Skolioz Akademiyası — 16 yaşa qədər uşaqlar üçün qrup reabilitasiya proqramı.
- Yoga və gimnastika qrupları — həftədə 2 dəfə, uşaqlar və xanımlar üçün.
- Tələbə praktikası — Azərbaycan Tibb Universiteti və Azərbaycan İdman Akademiyasının tələbələri üçün.
Bu filialda çalışan mütəxəssislər
Lalə Rzayeva — profilLalə Rzayeva
Həkim-reabilitoloq, osteopat
Mən həkim-reabilitoloq və osteopatam, insanın bərpası və funksional sağlamlığı sahəsində fəaliyyət göstərirəm. İşimdə orqanizmə vahid bir sistem kimi yanaşıram və mənim üçün əsas məqsəd yalnız ağrını aradan qaldırmaq deyil, onun səbəbini müəyyən edərək orqanizmin düzgün fəaliyyətini bərpa etməkdir. Hər bir pasiyentə fərdi yanaşır, ətraflı qiymətləndirmə aparır və bərpa prosesini diqqətlə və mərhələli şəkildə qururam. Əsas məqsədim insana hərəkət azadlığını, yaxşı həyat keyfiyyətini və öz bədəninə olan inamını qaytarmaqdır. Peşəkar inkişafıma daim davam edirəm, çünki müasir həkimin bütün fəaliyyəti boyu öyrənməli və müasir, effektiv və elmi əsaslara söykənən metodlardan istifadə etməli olduğuna inanıram.
Səmra Rzayeva — profilSəmra Rzayeva
Fizioterapist
Fəaliyyət istiqamətim əsasən dayaq-hərəkət sistemi, postural problemlər və ağrıların azaldılmasıdır. Xüsusi fəaliyyət istiqamətim skoliozun reabilitasiyasıdır. Əsasən Schroth metodu əsasında fərdi korreksiya məşqlərindən istifadə edir, onurğanın üçölçülü deformasiyasına uyğun yanaşma tətbiq edirəm. Xüsusilə orta və irəliləmiş dərəcəli skoliozlarda postural korreksiya, bədən simmetriyasının yaxşılaşdırılması, düzgün tənəffüsün formalaşdırılması və funksional hərəkətin inkişafı üzərində çalışıram.
Gülşən Allahverdiyeva — profilGülşən Allahverdiyeva
Müalicəvi masaj mütəxəssisi
ELF Center-də müalicəvi masaj mütəxəssisi kimi fəaliyyət göstərirəm. Üz-çənə asimmetriyası, valqus deformasiyası, visseral masaj, limfodrenaj, onurğa və postural pozğunluqlarda həkimin təyinatına uyğun masaj tətbiq edirəm.
Aytən Kərimova — profilAytən Kərimova
Masajist
Mən Aytən, ELF Center-də masajist kimi fəaliyyət göstərirəm. Müştərilərimin rahatlığı və özlərini daha yaxşı hiss etmələri mənim üçün önəmlidir. İşimə məsuliyyətli və diqqətli yanaşır, hər bir müştərimin ehtiyacına uyğun xidmət göstərməyə çalışıram.
Xanım Abdullayeva — profilXanım Abdullayeva
Reabilitasiya mütəxəssisi
Fizioterapiya və reabilitasiya sahəsində fəaliyyət göstərir, osteopatiya üzrə ixtisaslaşaraq peşəkar biliklərimi davamlı inkişaf etdirirəm. Əsas fəaliyyət istiqamətlərimə postural pozğunluqlar, skolioz, dayaq-hərəkət sistemi problemləri, əzələ-skelet ağrıları və funksional hərəkət məhdudiyyətlərinin reabilitasiyası daxildir. Pasiyentə fərdi və bütöv yanaşmanı əsas prinsipim hesab edir, xüsusilə pediatrik reabilitasiya istiqamətində ixtisaslaşmağa yönəlirəm.
Seymur Süleymanlı — profilSeymur Süleymanlı
Fizioterapist-reabilitoloq
Ümumi dayaq-hərəkət problemlərinin reabilitasiyası, nevroloji problemlərdən sonra reabilitasiya, əməliyyatdan əvvəl və sonrakı reabilitasiya, manual terapiya və osteopatik texnikalardan istifadə edirəm. Hal-hazırda öz sahəmdə həm doktorant olaraq, həm də İdman Akademiyasında müəllim olaraq davam edirəm.
Lamiyə Nəcəfova — profilLamiyə Nəcəfova
Menecer və qeydiyyatçı
ELF Center-də pasiyentlərimizin qarşılanması, qeydiyyatı və onlara lazım olan məlumatların verilməsi ilə məşğulam. Mənim üçün hər bir pasiyentin mərkəzə daxil olduğu ilk andan özünü rahat və güvəndə hiss etməsi çox önəmlidir.