Displaziya bud sümüyünün başı ilə asetabulum (çanaq çuxuru) arasındakı uyğunlaşmanın pozulmasıdır — oynağın forması və stabilliyi düzgün inkişaf etmir.
1Əlamətlər
- Dizlər bərabər durmur
- Ayaqlar içəri və ya çölə dönür
- Yürüşdə fərqlilik
- Bir ayaq digərindən qısa görünür
- Bud büküşlərinin asimmetriyası
2Vaxtında müalicə edilməzsə
- Ağrı və hərəkət məhdudiyyəti
- Erkən artroz
- Axsaqlıq
- Çıxıq riski
3Osteopatik dəstək
Osteopatiya oynağın anatomik balansını, əzələ-bağ gərginliyini, qan-limfa axınını və aşağı ətrafların uzunluq fərqini korreksiya edir. Erkən diaqnoz və düzgün yanaşma ilə bir neçə seans bəzən kifayət edir.
Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat
Bununla bağlı problemlər
Bu mövzuda tətbiq etdiyimiz üsullar
Oxumağa davam et
Mənbələr və əlavə oxu
- Developmental dysplasia of the hip (DDH) — NHS (Böyük Britaniya)
- OrthoInfo — Amerika Ortopedik Cərrahlar Akademiyasının pasiyent bələdçisi — AAOS