Yastıayaqlıq ayaq tağının düzgün formalaşmaması nəticəsində yaranır və uşaqlarda çox yayğındır. Vaxtında müdaxilə olunmazsa, bel və diz ağrılarına, duruş pozğunluğuna, skolioza və fiziki inkişaf geriliyinə səbəb ola bilər.
1Evdə sadə yoxlama
Uzanıqlı vəziyyətdə ayaq altında tağ (əyrilik) varsa, əmin ola bilərsiniz ki, sizdə həqiqi yastıayaqlıq yoxdur. Bu halda söhbət çanaq deformasiyası və əzələ zəifliyi ilə əlaqəli vəziyyətdən gedir.
2Müraciət edən pasiyentlərdə rastlaşdığımız nüanslar
- 2–5 yaşa qədər yastıayaqlıq diaqnozu təyin olunmur, çünki o yaşlarda ayaq tağı hələ formalaşmaqda davam edir
- Yastıayaqlıq olduğunu düşünüb müraciət edən pasiyentlərin 60%-də bud displaziyası və ya çanaq disfunksiyası rast gəlinir
- Doğuş travması valgus deformasiyasını yarada bilər
- Həzm sistemi problemləri yastıayaqlıqda vacib rol oynayır
3Yastıayaqlıq zəncirvari təsir yaradır
Yastıayaqlıq sadəcə ayaq problemi deyil, bədənin ümumi balansının pozulmasıdır. Ayaq qövsünün zəifləməsi diz, bel və boyun ağrılarına qədər uzanan zəncirvari təsir yaradır.
Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat
Bununla bağlı problemlər
Bu mövzuda tətbiq etdiyimiz üsullar
Oxumağa davam et
Mənbələr və əlavə oxu
- Baby development — körpənin inkişafı — NHS (Böyük Britaniya)
- NHS Start for Life — 0–5 yaş bələdçisi — NHS (Böyük Britaniya)