Osteopatiya təhlükəsiz və yumşaq metoddur, amma universal deyil. Aşağıdakı hallar «qırmızı bayraq» sayılır.
1Boyun şikayəti ilə birlikdə bunlar varsa — osteopatiyaya deyil, nevroloqa
- Baş gicəllənməsi
- Əsmə
- Ürəkbulanma
- Görmə qaralması
Boynunuz tutulub və hərəkət edərkən bu hallar yaşanırsa, vaxt itirmədən nevroloqa müraciət etməlisiniz.
2Ümumi prinsip
Osteopatiya dərmanı əvəz etmir. Kəskin iltihabi proses, yenicə baş vermiş travma, şübhəli şişlər, ağır osteoporoz və qanaxma pozuntuları kimi hallarda əvvəlcə müvafiq mütəxəssis qiymətləndirməsi lazımdır.
Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat
Bununla bağlı problemlər
Bu mövzuda tətbiq etdiyimiz üsullar
Oxumağa davam et
Mənbələr və əlavə oxu
- Vertigo — təcili əlamətlər — NHS (Böyük Britaniya)
- Musculoskeletal conditions — dayaq-hərəkət sistemi xəstəlikləri — WHO