Kürək nahiyəsində piy yığılmasından narahat olan pasiyentimizdə müayinə zamanı limfa axınının pozulduğu və limfatik ödemin toplandığı aşkarlandı. Limfa sistemi zəif işləyirdi; hətta çanaqdan başlayan əzələlərdə də zəiflik müşahidə olundu.
- Çanaq əzələlərinin zəifliyi limfa axınına birbaşa təsir edir
- Duruş pozğunluğu döş qəfəsinin hərəkətini məhdudlaşdırır — limfa nasosu zəifləyir
- Nəticədə maye toxumada qalır və «piy» kimi görünür
Bu pasiyentə reabilitasiya və müalicəvi idman təyin edildi — hədəf piy deyil, limfa axınının bərpası idi.
Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat
Bununla bağlı problemlər
Bu mövzuda tətbiq etdiyimiz üsullar
Oxumağa davam et
Mənbələr və əlavə oxu
- Lymphoedema — limfostaz — NHS (Böyük Britaniya)