Qəbul yeri: ELF Center Bakı — Bakı şəhəri, Rəşid Behbudov küçəsi 112
Özü haqqında
Fəaliyyət istiqamətim əsasən dayaq-hərəkət sistemi, postural problemlər və ağrıların azaldılmasıdır. Xüsusi fəaliyyət istiqamətim skoliozun reabilitasiyasıdır. Əsasən Schroth metodu əsasında fərdi korreksiya məşqlərindən istifadə edir, onurğanın üçölçülü deformasiyasına uyğun yanaşma tətbiq edirəm. Xüsusilə orta və irəliləmiş dərəcəli skoliozlarda postural korreksiya, bədən simmetriyasının yaxşılaşdırılması, düzgün tənəffüsün formalaşdırılması və funksional hərəkətin inkişafı üzərində çalışıram.